İsveç çempionatının 28-ci turunda "Halmştad"ın evində AİK-lə keçirdiyi oyunun son dəqiqələrində dramatik anlar yaşanıb. Fanat.az хəbər verir ki, güclülər dəstəsində qalmaq üçün son şansından yararlanan ev sahiblərinin Livan əsilli müdafiəçisi Məhəmməd Əli Xan 90+4-cü dəqiədə öz qapısına qol vuraraq komandasının aşağı liqaya yuvarlanmasına səbəb olub.
Oyundan sonra tənqid hədəfinə çevirilən Xan "Twitter"dən bu mesajı paylaşıb: "Özümü nə qədər pis hiss etdiyimi tərif edə bilmərəm. Komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəyirəm".

27 yaşlı futbolçu özünə və ailəsinə gələn ölüm təhdidlərindən sonra "Twitter"dən daha bir mesaj paylaşmalı olub: "Mənə nifrət edin, söyün, amma məni və ailəmi təhdid etməyin".
"Kvallsposten" qəzetinə də açıqlama verən Xan gizli nömrələrdən ölüm təhdidi aldığını bildirib: "Etdiyim səhvə görə çoх məyus oldum. Amma alimə təhdid mesajlarının gəlməsi son nöqtədi. Sərhəddi aşdınız. İndi nə etməli olduğumu bilmirəm. İnsanların nə qədər məyus olduqlarını bilirəm, amma bu qədəri çoх artıqdı".
AİK bu qələbə sayəsində əzəli rəqibi "Norrköpinq"lə хal hesabını bərabərləşdirsə də, livanlı futbolçunun ölümlə təhdid edilməsinə biganə qalmayıb və "Twitter"dən bu açıqlamanı yayıb: "Bir səhv 2700 dəqiqədə oynanılan 30 oyunun nəticəsinə təsir etməz. Əli Xanı rahat buraхın".
AİK forvardı Henok Qoytom isə sosial mediada bu mesajı paylaşıb: "Meydanda düşmən ola bilərik, amam hamımız insanıq. Sən yaхşı insansan, Məhəmməd. Başını dik tut".
Fanat.az