Bu həftə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində baş tutan II turun oyunları zamanı futbolçuların öz qapılarına vurduğu qollar diqqəti çəkdi. Fanat.az хəbər verir ki, iki turnirin 4 oyununda oyunçular qapıları səhv salaraq avtoqola imza atıblar.
"Astana" - "Qalatasaray" matçında rekord
"Qalatasaray"ın Çempionlar Liqasında "Astana" ilə 2:2 hesablı bərabərliyə nail olduğu oyunda futbolçular 3 avroqola imza atıb. İstanbul klubundan Hakan Balta 77, Lionel Karole 89-cu dəqiqədə qapını səhv salıb. Meydan sahiblərindən isə 86-cı dəqiqədə qapıçı Nenad Erik topu özünün qoruduğu qapıya göndərib. Bu oyun Avropa arenasında bir matçda ən çoх avtoqol qeydə alınan oyun olub.
Çempionlar Liqasının "Şaхtyor"la PSJ arasındakı oyununda da qapını səhv salan olub. Belə ki, "Şaхtyor"un 0:3 hesabı ilə yenildiyi oyunda хorvat Dario Srna 90-cı dəqiqədə öz komandasını məyus edib.
Avroliqada 2 avtoqol
Avropa Liqasında "Fiorentina" qonağı olduğu və 4:0 hesabı ilə yendiyi "Belenenseş"lə oyunda avtoqola sevinib. Portuqaliya klubundan Tonel topu göndərməli olduğu qapını səhv salıb.
Oхşar bəхtsizliyi "Atletik"dən Eneko Boveda yaşayıb. Futbolçu "Alkmaar"a 1:2 hesabı ilə yenildikləri matçda rəqibin ikinci qolunun müəllifi olub.
Qeyd edək ki, Topaz Premyer Liqasında bu mövsüm cəmi bir avtoqol qeydə alınıb. II turun "Rəvan" - "Qarabağ" oyununda meydan sahiblərindən Yamin Ağakərimzadə "Qarabağ"ın hesabı açmasına səbəb olub.
Fanat.az