Ariflə Saşa oynamadı

Ariflə Saşa oynamadı
Türkiyənin PTT 1-ci liqasında II oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi «Dənizlispor» klubu da növbəti matçına çıxıb.
 
Yarımmüdafiəçi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə «1461 Trabzon»la qarşılaşıb. Görüş həmyerlilərimizin komandasının qələbəsiylə başa çatıb - 2:0.
 
Zədəli olan Arifin adı «18-liy»ə salınmayıb. Saşa isə qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər