"Atletiko"un türkiyəli futbolçusu Arda Turanın gəlirləri artırılacaq. Fanat.az xəbər verir ki, klub rəhbərliyi 26 yaşlı yarımmüdafiəçinin gəlirini artırmaqla onu daha uzun müddət komandada saxlamağı düşünür.
Arda ilə yeni müqavilə imzalamağa çalışan "Atletiko" futbolçunun təzminat qiymətinin 24 milyon avrodan 35 milyon avroya qaldırmaq niyyətindədi.