Araz Ağalarovun bataqlıqda stadion sevdası - 17,5 milyarda

Araz Ağalarovun bataqlıqda stadion sevdası - 17,5 milyarda
Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan stadionlardan birinin tikintisi düyünə düşüb.
Virtualaz.org saytı xəbər verir ki, Rusiya İdman Nazirliyinin sifarişi ilə azərbaycanlı oliqarx Araz Ağalarovun “Crocus Group” şirkəti tərəfindən Kalininqradda tikilməsi planlaşdırılan stadionun smeta dəyərinin artırılması məsələsi müzakirə olunur.
Ağalarov bildirib ki, əgər ekspertiza nəticəsində Kalininqraddakı arenanın tikintisinin smeta dəyəri 17.5 milyard rubl olaraq təsdiqlənməsə, şirkət tikintidən imtina edəcək. Həmçinin “Crocus Group”dan başqa heç kim bu stadionu tikə bilməyəcək.
Problem stadionun tikintisi üçün ayrılan ərazinin bataqlıq olmasıdır. “Crocus Group” indiyədək ərazinin tikintiyə hazırlanması üçün 2 milyard rubl xərcləyib. Lakin şirkət tikintini əvvəlcədən nəzərdə tutulan məbləğə başa gətirməyin qeyri-mümkün olduğunu bildirir.
Öz növbəsində idman naziri Vitali Mutko bildirib ki, Kalininqradda stadionun tikintisinin razılaşdırılması son mərhələdədir.
“Layihə var, onun texniki tərəfi ekspertizadadır, qiymət və smeta hesabına dair diskussiyalar gedir. Ümid edirəm ki, bir həftəyə bu işlər başa çatacaq, sonra layihə bütövlükdə ekspertizaya göndəriləcək. 30 gün ərzində ekspertiza başa çatmalıdır, bundan sonra biz müqavilə bağlayıb tam həcmdə işə başlamağı nəzərdə tuturuq”- deyə nazir bildirib.
Xatırladaq ki, “Crocus Group” şirkəti daha bir stadionunun tikintisini Rostovda həyata keçirir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər