Aqil Məmmədov: "Məndən başqa heç kim narazı qala bilməz"

Aqil Məmmədov: "Məndən başqa heç kim narazı qala bilməz"
Aqil Məmmədov "Neftçi" ilə oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi son dəqiqələrdə buraxdıqları qola görə məyus olub: 
“Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi. Ümumilikdə götürsək maraqlı, baxımlı oyun alındı. Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz. Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydançaya çıxan futbolçular gücümüzə güc qata bilmədilər".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər