Aqil Məmmədov dilə gəldi: "Legioner lazımdı"

Aqil Məmmədov dilə gəldi: "Legioner lazımdı"

Aqil Məmmədov "Kəpəz"lə oyunla (1:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi bunları deyib: 

"Maraqlı oyun oldu. Məncə, “Kəpəz” layiqli qələbə qazandı. Ümumiyyətlə, futbolçunun həmişə keyfiyyətini əsas götürmüşəm. Oyunçuda mütləq xarakter olmalıdı. Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar. Bunun konkret səbəbini bilmirəm. Bəlkə azarkeşlərin çoxluğundan, bəlkə də havadandı. Futbolçularımın bacarığı bu qədər deyil. Sadəcə, bu gün alınmadı. Azərbaycanlı futbolçuların çox olmasının tərəfdarıyam. Amma bir məqama diqqət yetirək: bu gün qapımızdan keçən 3 qolun ikisinin müəllifi legioner oldu. AZAL-la oyunda da legioner bizi cəzalandırmışdı. Məncə, bizim heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq üçün oynayacağıq".//pfl.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər