Almaniyadan çətin qələbə, Polşa 9 qol

Almaniyadan çətin qələbə, Polşa 9 qol
AVRO-2016-nın seçmə mərhələsi davam edir. Fanat.az хəbər verir ki, bu gecə qitə arenalarında daha 8 qarşılaşma baş tutub.
D qrupunda lider Almaniya Şotlandiyanın qonağı olub. Şottlandlar iki dəfə bərabərliyi təmin etsə də, almanlar qələbə qolunu vura bilib - 3:2. İkinci pillədə qərarlaşan Polşa Cəbəllütariqi 8:1 hesabı ilə yenib. Kaхaber Tsхadadzenin başçılıq etdiyi Gürcüstan isə İrlandiyaya uduzub - 0:1.
F qrupunda lider Şimali İrlandiya Macarıstanla 1:1, Rumıniya Yunanıstanla 0:0 hesablı heç-heçəyə razılaşıb. Qrupun digər oyununda Finlandiya Farer adalarını 1:0 hesabı ilə yenib.
I qrupunda isə Danimarka Ermənistanın qonağı olub və ibir xala razılaşıb - 0:0. Lider Portuqaliya səfərdə Ansi Albaniyanın əlavə vaxtda vurulan qol hesabına 1:0 hesabı ilə yenib.
AVRO-2016
Seçmə mərhələ
7 sentyabr
D qrupu
Şotlandiya - Almaniya 2:3
Qollar: Mats Hummels, 28 (avtoqol). Ceyms Makartur, 43 - Tomas Müller, 18; 34. İlkay Gündoğan, 54.
Polşa - Cəbəllütariq 8:1
Qollar: Kamil Qrosiçki, 8; 15. Robert Levandovski, 19; 29. Arkadiuş Milik, 56; 72. Yakub Blaşikovski, 59. Bartoş Kapustka, 74 - Cake Qoslinq, 87.
İrlandiya - Gürcüstan 1:0
Qol: Conatan Valters, 69.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər