Emin Quliyevlə yollarını ayıran "Rəvan"ın yeni baş məşqçisi müəyyənləşib. Bu barədə Fanat.az-a klubdan məlumat verilib.
Klub rəhbərliyi Emin Quliyevin istefaya göndərilməsindən sonra boş qalan baş məşqçi postunu Bəhmən Həsənova tapşırıb.
Qeyd edək ki, Bəhmən Həsənov 4-cü dəfə "Rəvan"a başçılıq edəcək. İlk dəfə 2011-ci ildə komandanın sükanı arхasına keçən mütəхəssis 2012-ci ilin fevral-iyun ayralırda da "Rəvan"a başçılıq etmişdi. O, sonuncu dəfə 2012-ci ilin avqust-sentyabr aylarında komandanı çalışdırmışdı.
Fanat.az