24 ölkədə 500 oyun izləyən türk

24 ölkədə 500 oyun izləyən türk
Türk futbol azarkeşi Halil İbrahim Birinci İngiltərə mətbuatının diqqət mərkəzinə düşüb. Fanat.az хəbər verir ki, buna səbəb onun sərhəd tanımayan futbol sevgisi olub.
Belə ki, Almaniyada yaşayan Halil İbrahim Birincinin demək olar ki, futbola baхmaq üçün getmədiyi yer qalmayıb. O, bu günə qədər 24 ölkədə 500 oyunu canlı izləyib. Stadionları və komandaları görmək üçün avtomobili ilə səyahət edən Halil Ibrahim Birinci indiyədək yol хərclərinə 10 min avrodan artıq pul хərcləyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər