PFL iki oyunun vaxtını dəyişdi

PFL iki oyunun vaxtını dəyişdi
Topaz Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb. Fanat.az хəbər verir ki, PFL iki matçın vaхtını dəyişdirib.
Belə ki, əvvəlcədən turun 1-2 noyabrda baş tutacağı açıqlanmışdı. Lakin ayın 1-də parlament seçkiləri keçiriləcəyindən PFL bütün oyunları oktyabrın 31-ə təyin etmişdi. Bu gün açıqlanan oyun cədvəlində isə  "Sumqayıt" - "Neftçi" və "Rəvan" - "Xəzər Lənkəran" görüşlərinin noyabrın 2-də baş tutacağı göstərilib.
31 oktyabr
İnter - Zirə
"İnter Arena". Saat 16.00.
Qəbələ - Kəpəz
Qəbələ şəhər stadionu. Saat 18.00.
Qarabağ - AZAL
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 19.00.
2 noyabr
Sumqayıt - Neftçi
“Kapital Bank Arena”. Saat 19.00.
Rəvan - Xəzər Lənkəran
“Bayıl Arena”. Saat 21.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər