PFL iki oyunun vaxtını dəyişdi

PFL iki oyunun vaxtını dəyişdi

Topaz Premyer Liqasının XII turunun oyun cədvəlində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, “Qəbələ” klubunun məktubunu nəzərə alan PFL “Qəbələ” - “İnter” görüşünün 7 noyabrda yox, 9 noyabrda  keçirilməsinə qərar verib. 

Buna səbəb “Qəbələ”nin 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində “Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəyi matçdı. 

Eyni zamanda, canlı yayımla əlaqədar olaraq “Zirə” - “Sumqayıt” görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər