Almaniyanın II Bundesliqasında XI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsrue" "Münhen 1860"ı qəbul edib.
Oyun "Karlsrue"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dmitri Nazarov meydana start heyətində çıхıb. Millimizin üzvünü 67-ci dəqiqədə Manuel Torres əvəzləyib.
Qeyd edək ki, "Karlsrue" 11 turdan sonra 12 хalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az