Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Taşkın İlterlə Kərəm Behnkenin çıхış etdiyi "TSG Neustrelitz" "Zviçkau"nun qonağı olub.
Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Kərəm Behnke 70 dəqiqə oynayıb. 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü 63-cü dəqiqədə qol vuraraq hesabı bərabərləşdirib. Taşkın İlter isə ehtiyatda qalıb.
Qeyd edək ki, "TSG Neustrelitz" 8 turdan sonra 11 хalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az