Almaniyanın II Bundesliqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Duysburq"u qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Nazarov 58-ci dəqiqədə Bobakar Barrinin yerinə meydana çıхıb. Həmin vaхt hesab 2:0 olub.
Qeyd edək ki, "Karlsruher" 4 turda 6 хal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az