Millimizin sabiq üzvü dubl etdi

Millimizin sabiq üzvü dubl etdi
Latviya 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" "Preilu"nin qonağı olub.
Oyun futbolçumuzun komandasının 4:3 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşdə 2 qol vurub. O, 20-ci dəqiqədə komandasının birinci, 63-cü dəqiqədə üçüncü qoluna imza atıb.
Qeyd edək ki, bu, Əsgərovun yenicə keçdiyi və hər oyununda fərqləndiyi "1625 Liepaya" klubundakı 8-ci qoludu. Onun komandası isə 43 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər