AZAL başladı

AZAL başladı

AZAL 2015/16 mövsümünün hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, komanda bu gündən başlayaraq yeni mövsümə hazırlaşacaq. 

Klubun Şüvəlandakı bazasında baş tutan ilk məşqdə əsasən yerli oyunçular və əvəzedici komandanın bəzi futbolçuları iştirak edib. Legionerlərdən isə Viktor İbekoyi məşqə başlayıb. Digər əcnəbi futbolçular yaxın günlərdə düşərgəyə qoşulacaq. 

Həftəlik tsikli Şüvəlanda keçirəcək AZAL həftəsonu yoxlama matçı keçirməyi də nəzərdə tutub. Hələlik rəqibin kimliyi bəlli deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər