Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" də növbəti matçına çıxıb.
Bu komanda səfərdə "Ersgebirge Aue" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Dmitri fasilədə əvəzlənib. O, 21-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 52 xalla 4-cü pillədə qərarlaşıb.
Fanat.az