Yunis Hüseynov Malidə

Yunis Hüseynov Malidə
"Xəzər Lənkəran" növbəti mövsüm üçün Afrika və Avropadan futbolçular seçəcək və bu məqsədlə klubun idman direktoru Yunis Hüseynov ölkə xaricində olacaq.
 
Fanat.az xəbər verir ki, Hüseynovun yollanacağı ilk ölkə məlum olub.
 
Belə ki, klub rəsmisi mayın 1-də Maliyə yola düşəcək. Bu ölkədə bir-neçə gün olacaq Hüseynov ölkə futbolunun liderlərinin oyunlarını izləyəcək və bəyəndiyi futbolçularla yerindəcə danışıqlara başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər