Moskvanın Simonovsk məhkəməsi məşhur qaydasız döyüş çempionu Aleksandr Yemelyanenkonu 4,5 il azadlıqdan məhrum edib.
Bu barədə "Trend" “TASS”-a istinadən xəbər verir.
A.Yemelyanenko seksual xarakterli zorakı hərəkətlərdə və zərər çəkmişin pasportunu oğurlamaqda təqsirli bilinib. Ona həmçinin 50 min rubl cərimə kəsilib.
Məhkəmə prosesi qapalı keçirilib. Hakim idmançı barəsində hökmü elan edib.
Aleksandr digər qaydasız döyüş ustası, dəfələrlə Rusiya və dünya çempionu olmuş Fyodr Yemelyanenkonun qardaşıdır.
Fanat.az