İsrail millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Qanda millimizi qəbul etdiyini (1:1), 10-da Rusiyanın qonağı olduğunu (1:3) bilirsiz. Son iki matçda hədəflərinə çatmayan yəhudilərin uğursuz çıxışı İsrail Futbol Assosiasiyasının araşdırmalara başlamasına bəs edib.
Fanat.az xəbər verir ki, qurum rəhbərliyində bəzi futbolçulara qarşı şübhələr yaranıb.
Belə ki, zədə üzündən millidən kənarda qalanların bir neçəsinin ciddi xəsarət almadığı halda, baş məşqçi Eli Qutmanı “yola verməsi”, xalqı aldatması söhbət mövzusudu . Futbol qurumu Qutmandan zədəlilərlə bağlı hesabat istəyib. Araşdırmalar nəticəsində daha çox Hayfa “Makkabi”sinin oyunçusu Taleb Tavatanın başının ağrıyacağı iddia edilir. Avroliqanın qrup oyununa çıxacaq futbolçunun yığmanın düşərgəsinə gəlməmək üçün saxtakarlıq etdiyi deyilir. Suçu sübuta yetiriləcək futbolçuların milli formanı geyinməsi yasaqlanacaq.
Fanat.az