Xavi göz yaşı tökdü - FOTOLAR

Xavi göz yaşı tökdü - FOTOLAR
"Barselona"dan ayrılmağa hazırlaşan Xavi Hernandes üçün vida mərasimi keçirilib. Fanat.az хəbər verir ki, karyerasını Kataloniya klubunda keçirən ulduz futbolçu göz yaşları içində vidalaşıb.
"Barselona"da 24 il keçirən Xavi Çempionlar Liqasının finalından sonra sevili komandası ilə vidalaşaraq Qətərin "Əl-Saad" klubuna keçəcək. Vida mərasiminə futbolçular, klub rəhbərliyi, məşqçilər, baş məşqçi Luis Enrike, "Barselona"nın əfsanəsi Yohan Kruyff və başqaları qatılıb. 
Həmçinin onu əsas komandaya gətirən "Mançester Yunayted"in hazırkı baş məşqçisi Lui van Qaal da video bağlantı vasitəsi ilə mərasimə qoşulub. Olduqca duyğusal davranan futbolçu mərasim boyu dəfələrlə göz yaşlarına hakim ola bilməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər