Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlümjinov Naxçıvanda səfərdə olub. "Report"un məlumatına görə, rusiyalı qonaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovla görüşüb.
Onlar Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra K.İlümjinov ümummilli liderin adını daşıyan muzeyi ziyarət edib. Daha sonra FIDE prezidenti V.Talıbov və A.Rəhimovla birgə "Naxçıvan Open" beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb. Qonaq turnirin qalibi Eltac Səfərlini, eləcə də Naxçıvan tarixində ilk beynəlxalq qrossmeyster və beynəlxalq hakim adını alanları təbrik edib. Tədbir zamanı K.İlümjinov V.Talıbovla şahmat da oynayıb.
FIDE prezidentinin Naxçıvan səfəri ilə bağlı öz "twitter" hesabından paylaşdığı şəkilləri təqdim edirik:
Fanat.az