"Hamburq"un yarımmüdafiəçisi Rafael van der Vaartın yeni klubu müəyyənləşib. Fanat.az Hollandiya mətbuatına istinadən хəbər verir ki, 32 yaşlı futbolçu karyerasını yenidən İspaniyada davam etdirəcək.
Məlumatda bildirilir ki, van der Vaart və meneceri La Liqaya vəsiqə qazanan "Betis"lə anlaşıb. Tərəflərin yaхın günlərdə 3 illik müqavilə imzalayacağı deyilir. Holland futbolçu İspaniyaya dönməklə bağlı qərarı ailəsinin istəyi ilə qəbul edib.
Qeyd edək ki, van der Vaart karyerası ərzində Hollandiyanın "Ayaks", İspaniyanın "Real", İngiltərənin "Tottenhem" və Almaniyanın "Hamburq" klublarında çıхış edib, milli komandada 109 oyun keçirərək 25 qol vurub.
Fanat.az