"Real"ın formasını geyən Sami Kediranın sevgilisi model Lena Qerçke uzun məsafəli münasibətdən bezdiyini bildirib. İşin görə Almaniyada yaşayan 25 yaşlı gözəl futbolçu ilə yaşadıqları məsafə probleminə aydınlıq gətirib.
"Bəzən pis günlər keçirirsən. O zamanlarda edilə biləcək ən gözəl şey Kediranın yanında uzanıb isti bir çay içməkdi. Amma arada 2000 km məsafə var. Aramızda yaxşı münasibət olsa da, işlərimizlə bağlı istədiyimiz kimi görüşə bilmirik. Bəzən kimisə qucaqlamaq istəyirsən. Belə olanda uzun məsafəli münasibətdən iyrənirsən".
Fanat.az