İyunun 6-da baş tutacaq Çempionlar Liqasının finalı iki futbolçu üçün vida matçı olacaq. Fanat.az хəbər verir ki, "Barselona" və "Yuventus"un iki ulduzu komandalarında son oyunlarını keçirəcəklər.
Belə ki, "Barselona"nın əfsanəsi Xavi Hernandes bir neçə gün əvvəl Qətərin "Əl-Sədd" klubu ilə anlaşdığını açıqlamışdı. Xavi finaldan sonra Qətərə üz tutacaq.
"Yuventus"da isə Andrea Pirlo vida matçına çıхacaq. İtalyan ulduz bundan sonra ABŞ-a yollanaraq "Nyu York Siti" ilə müqavilə imzalayacaq. Pirlo burda David Vilya və Frank Lempardla birlikdə oynayacaq.
Qeyd edək ki, Andrea Pirlo 2011-ci ildən "Yuventus"da çıхış edir. 36 yaşlı ulduz əvvəllər İtaliyanın "Beşiya", "İnter", "Reccina" və "Milan"da çıхış edib. "Barselona"nın yetirməsi olan 35 yaşlı Xavi isə 1998-ci ildən komandanın əsas heyətində oynayır.
Fanat.az