Ukraynalı boksçu rusla döyüşdən imtina etdi

Ukraynalı boksçu rusla döyüşdən imtina etdi
Ukrayna boksçusu Aleksandr Usikin rusiyalı həmkarı Andrey Fedosovla döyüşü baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, ukraynalı idmançı bu döyüşdən imtina edib. Boksçu bu barədə o, "Instagram” hesabında açdığı canlı efirdə danışıb. Aleksandr Usik bu addımını idman yarışının siyasi müstəviyə keçməsinə qarşı olması səbəbindən atdığını bildirib: 
"Məlumat var idi ki, rəqibim Andrey Fedosov olacaq. Xeyr, o, mənim rəqibim olmayacaq. Niyə? Hələ buna qədər müzakirə etmişdik ki, Aleksandr Povetkin ilə döyüşəcəm. Demişdim ki, bu uşaqlarla döyüşmək istəmirəm, çünki bunu mütləq siyasi müstəviyə çevirib bir-birilərini kobud sözlərlə təhqir edəcəklər. Bu, məni qane etmir və mənə lazım deyil" deyə Aleksandr Usik bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər