Futbol üzrə Ukrayna millisi ev oyunlarını Polşada keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa yayıb.
Qurum rəhbəri bu barədə "Twitter" səhifəsində yazıb: "Mən öz adımızdan ehtiyac olarsa, Ukrayna yığmasının ev oyunlarını qəbul edə biləcəyimizi söylədim. Qarşı tərəf təklifimizi qəbul etdi".
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə şəraitinə görə UEFA hər iki ölkənin ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb.
Röya