Ukrayna Premyer Liqasında XXX turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Stal” digər azərbaycanlı Dmitri Nağıyevin komandasını - “Dnepr”i qəbul edib.
Oyunda qələbəyə sevinən tərəf qonaqlar olub. Meydan sahibləri 0:1 hesablı yenilgiyə üzülüb.
Azərbaycanlılar meydana start heyətində çıxıb. Paşayev fasilədə yerini komanda yoldaşına veribsə, Nağıyev sonadək oynayıb.
Qeyd edək ki, 30 oyundan sonra hesabında 37 xal olan “Stal” ikinci altılıqda liderdi. “Dnepr” isə 22 xalla sondan ikinci pillədə qərarlaşıb. Dnepropetrovsk təmsilçisinin hesabından 15 xal silinib.
Fanat.Az