"Eskişəhərspor"un baş məşqçisi Ertoğrul Sağlamın istəyi ilə transferə çıxarılan Ufuk Budak əvəzedici komandaya göndərilib. Fanat.az xəbər verir ki, icarəyə verilməsi gündəmdə olsa da, başqa kluba keçidi baş tutmayan futbolçumuz A2 liqasında oyuna çıxıb.
Millimizin üzvü "Sakaryaspor"la səfər matçının start heyətində yer alıb. Hesab 1:1 olarkən - 60-cı dəqiqədə qol vuran Ufuk komandasını önə keçirib. Lakin "Eskişəhərspor" hesabı qoruya bilməyib və meydanı məğlubiyyətlə tərk edib - 2:3. Futbolçumuz sonadək meydanda olub.