Yuri Maksimov "Sumqayıt"la matçdan sonra nə danışdı?

Yuri Maksimov "Sumqayıt"la matçdan sonra nə danışdı?
“Araz-Naxçıvan”ın baş məşqçi Yuri Maksimov Misli Premyer Liqasının 8-ci turunda keçirilən “Sumqayıt”la oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Birinci hissədə pis oynamadıq. Hesabda irəlidə idik və bunu davam etdirmək lazım idi. Elə qollar buraxdıq ki… Komanda olaraq elə qollar buraxmaq olmaz.
İkinci hissədə futbolçular qələbə hesabını qorumağa çalışdı və səhvlər etdik”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər