Filipe Kandido "Araz-Naxçıvan" üzərində qələbəni belə şərh etdi

Filipe Kandido "Araz-Naxçıvan" üzərində qələbəni belə şərh etdi
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido (Filipe Cândido, Filipe Candido) Misli Premyer Liqasının 8-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:
“Bu qələbəyə görə xoşbəxtəm. Futbolçularım buna layiq idilər. Bütün bu müddət ərzində çox çalışmışıq və komandanın oyununda yüksəliş gözlənilən idi.
Bugünkü oyuna pis başladıq. Bundan narazı qaldım. Rəqib orta xətdə dörd futbolçu ilə oynayaraq bizə sürpriz hazırlamışdı. Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün 10 dəqiqə vaxt sərf etdik. Mübarizələrdə asanlıqla uduzurduq. Rəqibin fərdi baxımdan güclü futbolçuları var. Çox kobud səhvdən sonra qol buraxdıq. Fasilədən sonra dəyişikliklər edərək yaxşı oynadıq. Çoxsaylı qol imkanları yaratdıq. Bu qədər qol epizodundan sonra qələbəyə layiq idik”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər