Ufuk 90, Umut 74 dəqiqə oynadı

Ufuk 90, Umut 74 dəqiqə oynadı
Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" "Adana Dəmirspor"un qonağı olub.
Oyun 3:3 hesabı ilə başa çatıb. Həm Ufuk Budak, həm də Umut Sönmez start heyətində yer alıb. Ufuk 90 dəqiqə oynayıbsa, Umut 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Qaziantep BB" 29 turdan sonra 39 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər