Uesli Sneyder: "İnancımız sonsuzdu" - MÜSAHİBƏ

Uesli Sneyder: "İnancımız sonsuzdu" - MÜSAHİBƏ

"Qalatasaray"ın futbolçusu Uesli Sneyder "Real"la oyundan öncə "Milliyət" qəzetinə müsahibə verib.

- "Real"la oyunla bağlı nə düşünürsən?

- Önəmli bir oyun bizi gözləyir. İstənilən halda Çempionlar Liqasının matçıdı. Başlanğıclar həmişə vacib olur. Mən bu tip oyunlarda oynamağı çox sevirəm. 

- Qrupu necə dəyərləndirirsən?

- Qrupumuz barədə uzun-uzadı danışmağa ehtiyac yoxdu. Püşkatmaya 3-cü səbətdən qatılandan 1 və 2-ci səbətlərdən çətin rəqiblərinizin olacağı dəqiqdi. Belə komandalarla oynamaq əslində bizim inkişafımız üçün çox yaxşıdı. "Qalatasaray" ötən mövsüm uğurlu çıxış etdi. Özümüzə inanmalıyıq. Qrupdan çıxmaq şansımız əlbətdə ki, var.

- Qaret Beylin transferindən sonra "Real" daha bahalı komanda oldu. Böyük bir komandaya qarşı oynayacaqsınız. Şansınız nə qədərdi?

- Şansdan çox danışmağı sevmirəm. Bizim üzərimizə düşən vəzifə əlimizdən gələni etməkdi. Ötən mövsüm "Real"ı yenmişdik. 0:3 hesabı ilə başa çatan ilk matçdan sonra möcüzəyə yaxın idik. Meydanda yüz faiz gücünü ortaya qoyan bir "Qalatasaray" var idi. Bu gün də elə olacaq. Meydana çıxıb bütün gücümüzü ortaya qoyacağıq. Rəqibimizə hörmət edirik. Amma özümüzə də inamımız sonsuzdu. 

- Mesut Özilin olmaması sizin üçün üstünlük ola bilərmi? Ümumiyyətlə onun "Arsenal"a keçidi barədə nə düşünürsən?

- Təbii ki, Məsutun olmaması üstünlükdü. Çünki çox yaxşı bir oyunçudu. Baş məşqçinin onu göndərməsinə inanmadım. Demək ki, baş məşqçinin planlarına daxil deyildi və qalsaydı heyətə düşə bilməyəcəkdi. 

- Super Liqadakı legioner limiti üzündən daim oynamamaq sizə bu oyunda mənfi təsir edə bilər?

- Bu mənimlə bağlı bir məsələ deyil.

- Ötən mövsümkü "Real"la hazırkı "Real" arasında hər hansı bir fərq var? Məsələn, Mourinyo gedib...

- İnanmıram ki, bir dəyişiklik olsun. İstənilən halda qarşımıza "Real" çıxacaq.

- Bu qrupdan çıxa biləcəksiniz?

- Əvvəlcə buna inanmalıyıq. Çempionlar Liqasında oynadığımızı unutmamalıyıq. Niyə də olmasın? Mən inanıram.

- Çempionlar Liqasındakı yeni formatla bağlı nə düşünürsən? Artıq U-19-lar da oynayacaq.

- Bu gənc futbolçuların yetişməsi və təcrübə qazanması üçün önəmli bir fürsətdi. Belə yüksək səviyyəli oyunlara çıxmaq onlar üçün çox vacibdi. Bu qərarı dəstəkləyirəm.

- Çempionlar Liqasındakı performansını Dünya çempionatı öncəsi milli komanda üçün fürsət olaraq dəyərləndirirsən?

- Təbii ki, Dünya çempionatına getməzdən öncə belə yüksək səviyyədə bir turnirdə yer almaq önəmlidi. Qışa qədər belə oynamağa davam etsək hər şey yaxşı olacaq.

- "Qalatasaray"ın "Real"a qarşı üstünlükləri hansılardı?

- Biz onları çox yaxşı tanıyırıq. Nələri yaxşı edib- etməyəcəklərini təxmin edirik. Bir neçə ay öncə onlara qarşı oynamışın. Yəni "Real"ı əzbərlədiyimizi deyə bilərik. Həmçinin evimizdə oynamağamız bizim üçün böyük üstünlükdü. Arxamızda bizi dəstəkləyən azarkeşlərimiz var. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər