Tsxadadze və Nikolov arasında növbəti qalmaqal

Tsxadadze və Nikolov arasında növbəti qalmaqal
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze ilə prezidenti Georgi Nikolov arasında yenidən qalmaqal yaranıb. Bildiyiniz kimi, gürcü məşqçi bu yaxınlarda klubuns ahibi Cahangir Hacıyevlə görüşüb və "İnter"in gələcəyi ilə bağlı fikir mübadiləsi aparıb. 
Hacıyev Kaxaya bildirib ki, klub  yaşayacaq və qarşıdan gələn avrokuboklarda da iştirak edəcək. Bundan sonra Tsxadadze Avropa Liqasında da klubun başında olmaq haqda düşünməyə başlayıb. Onsuz da Gürcüstan millisinin iyun ayında Polşa ilə oyunu var. Ondan sonra isə millinin oyunlarında uzun müddətli fasilə yaranacaq. Kaxa da bu fürsətdən istifadə edib avrokuboklarda da "bankirlər"in başında olmaq istəyir.
 
Fanat.az rekord.az-a istinadən xəbər verir ki, onun bu fikrə düşməsi Nikolovun ürəyincə olmayıb.
 
Çünki bolqar prezident səbirsizliklə mövsümün başa çatmasını və Kaxanın Bakıdan birdəfəlik getməsini gözləyir. Bundan sonra isə o, kluba öz istədiyi məşqçini gətirib bütün nəzarəti əlinə almaq istəyir. Ancaq Kaxanın fikir dəyişikliyi Nikolovu əməlli-başlı dilxor edir. Deyilənə görə, sözügedən məsələ ilə bağlı bolqar özü Hacıyevlə görüşmək istəyir. Çünki Kaxa komandanı avrokuboklarda da oyuna çıxarsa, bu zaman əməlli-başlı problem yaranacaq. Çünki komanda avrokuboklarda mübarizəni dayandırsa və bundan sonra gürcü vətəninə getsə, komandaya yeni baş məşqçi təyin etmək çətin olacaq. Hər halda, hər məşqçi istəyər ki, klubu vaxtpında qəbul edib bütün transferləri də özü eləsin.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər