“Tour d’Azerbaidjan-2015”: IV mərhələyə start verildi

“Tour d’Azerbaidjan-2015”: IV mərhələyə start verildi
Bu gün “Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turunun 4-cü mərhələsi keçirilib. Fanat.az xəbər verir k, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi ötən illərlə müqayisədə yeniliklərlə diqqət çəkib.
 
Belə ki, 25 komanda mübarizənin 4-cü günündə saat 09:15-də Qəbələdən start götürüb Ağdaş və Yevlaxı keçməklə, Mingəçevirə yollanıb. Pelaton turda ən böyük – 205 km məsafəni qət etdikdən sonra burada “Kür” Olimpiya Mərkəzinin qarşısında mərhələnin qalibini müəyyənləşdirib.
 
Finiş xəttinə 1-ci Daniel Turek (“Cycling Academy Team”, İsrail) çatıb. Klemens Fanxauser (“Hrinkou Advarics Cycleangteam, Avstriya) 2-ci, Konor Dann
(“An Post – ChainReaction”, İrlandiya) 3-cü olub.
 
Aleksandr Surutkovich (“Synergy Baku”, Azərbaycan) qırmızı, Marko Kump (“Adria Mobil”, Sloveniya) yaşıl, Frantişek Sisr (“Dukla”) bənövşəyi köynəyə sahib olub. Yarışın lideri Primoş Roqliç (“Adria Mobil”, Sloveniya) isə göy köynəyi qoruyub.
 
“Tour d’Azerbaidjan-2015”in bu mərhələsində yenilik və dəyişiklik səbəbsiz deyil. Dünya idman ictimaiyyətinin diqqətini ölkəmizdə təşkil olunacaq Avropa Oyunlarının avarçəkmə üzrə yarışının keçiriləcəyi Mingəçevirə cəlb etmək məqsədilə, finişinin Mingəçevirə salınması qərara alınıb.
 
Qeyd edək ki, sabah paytaxt küçələrində keçiriləcək 5-ci mərhələnin marşrutu isə Avropa Oyunları ilə eyni olacaq. Son yarış günündə Azadlıq Meydanından start götürəcək pelaton şəhəri 8 dövrə (144 km) vurduqdan sonra başlanğıc nöqtədə də tura yekun vuracaq.
Qaynar.info
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər