Fatih Terimin istefaya göndərilməsi "Qalatasaray"ın sabiq rəsmisi Abdurrahim Albayrakın vəziyyətinin pisləşməsinə səbəb olub. Fanat.az xəbər verir ki, xəbəri öyrənən İdarə Heyətinin keçmiş üzvünün səhhəti pisləşib və evinə təcili tibbi yardım maşını çağırılıb.
Qeyd edək ki, Albayrak Fatih hocanın "Qalatasaray"da ən böyük dəstəkçisi idi. Komandanın oyunları zamanı həddən artıq çılğınlıq nümayiş etdirən sabiq klub rəsmisi bir neçə dəfə stadionda həkim müdaxiləsinə ehtiyac duymuşdu.