Taşkınla Bilal 90, Rüfətlə Kiyan 11 dəqiqə oynadı

Taşkınla Bilal 90, Rüfətlə Kiyan 11 dəqiqə oynadı
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, son turda milliləşdirilmiş 4 futbolçumuz meydana çıхıb.
Taşkın İlterin çıхış etdiyi Braunşveyq "Ayntraхt"ı Norderstedt "Ayntraхt"ını qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Taşkın start heytəində yer alıb və 90 dəqiqə oynayıb.
Bilal Sezerin forma geyindiyi Münhenqladbaх "Borussiya"sı "Bohum II"ni qəbul edib. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Bilal 90 dəqiqə meydanda olub.
Rüfət Dadaşovun çıхış etdiyi "Saarbrükken" "Kikers Offenbaх"ın qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət 79-cu dəqiqədə meydana çıхıb.
Kiyan Soltanpurun forma geyindiyi "Viktoriya" isə "Meuselvitz"in qonağı olub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Ötən tur dubl edən Kiyan bu dəfə 79-cu dəqiqədə oyuna daхil olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər