Subaşiç Rail Məlikovun komandasına qol vurdu

Subaşiç Rail Məlikovun komandasına qol vurdu
Milli komandaların oyunlarına görə çempionatlarda yaranan fasilədən yararlanan "Manisaspor" "Dənizlispor"la yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "Manisa 19 Mayıs" stadionunda baş tutan oyun 2:2 hesabı ilə başa çatıb.
Qollardan birini Branimir Subaşiç vurub. O, 43-cü dəqiqədə fərqlənərək "Manisaspor"un üstünlüyünü 2 topa çatdırıb. Lakin ikinci yarıda iki qol vuran "Dənizlispor" bərabərliyi təmin edib. 
Subaşiç 80 dəqiqə oynayıb və Oğuzhan Palaz tərəfindən əvəzlənib. "Dənizlispor"da forma geyinən Rail Məlikov meydana çıxmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər