Qattuzo məşqçilikdən ayrılmaq istədiyini açıqladı

Qattuzo məşqçilikdən ayrılmaq istədiyini açıqladı
"Latsio"nun (Lazio) baş məşqçisi Cennaro Qattuzo (Gennaro Gattuso) məşqçilik karyerasını ilk illərdə bitirməyi düşündüyünü etiraf edib.
Fanat.Az "football-italia.net"-ə istinadən xəbər verir ki,
o, ilk illərdə emosiyaların və daimi stressin öhdəsindən gələ bilmədiyini söyləyib:
"İlk bir neçə ildə futboldan çıxmaq istəyirdim. Evə qayıdanda mədəm həmişə ağrıyırdı və əsəbiləşirdim. Fərqli düşünməli idim. Evdə qalmağa çalışırdım, amma düzünü desəm, futbol üçün çox darıxırdım. Ona görə də iki-üç aydan sonra əsəbiləşir və yaxınlarımı incitməyə başlayırdım. Meydandayam, onu sevirəm. Hətta nəticələr olmasa və mənim üçün çətin olsa belə. Qərarlarım bunu sübut edir".
"Latsio" A Seriyasının ilk altı oyunundan 16 xal toplayıb və hazırda lider mövqeyindədir.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər