"Sabah" - "Borussiya Dortmund" matçı ispanyalılara tapşırıldı

"Sabah" - "Borussiya Dortmund" matçı ispanyalılara tapşırıldı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək "Sabah" - “Borussiya Dortmund" (Borussia Dortmund) matçının hakimləri bəlli olub.
Fanat.Az xəbər verir ki, UEFA matçı ispaniyalı hakimlərə tapşırıb.
Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı FIFA referisi Xavyer Alberola Roxas (Javier Alberola Rojas) idarə edəcək. Ona həmyerliləri Alfredo Rodriges Moreno (Alfredo Rodríguez Moreno, Alfredo Rodriguez Moreno) və Karlos Alvares Fernandes (Carlos Álvarez Fernández, Carlos Alvarez Fernandez) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura (Víctor García Verdura, Victor Garcia Verdura) yerinə yetirəcək.
Video köməkçi hakim (VAR) Sesar Soto Qrado (César Soto Grado, Cesar Soto Grado), onun assistenti (AVAR) isə Valentin Qomes (Valentín Gómez, Valentin Gomez) olacaq.
Qeyd edək ki, “Sabah” - “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər