"Mənə rəhbərlikdən bu barədə başqa nəsə deyilməyib" - Ervins Perkons

"Mənə rəhbərlikdən bu barədə başqa nəsə deyilməyib" -  Ervins Perkons

Misli Premyer Liqasının 8-ci turunda "Turan Tovuz"u Yevlaxda 1:0 hesabı ilə məğlub edən "İmişli"nin məşqçisi Ervins Perkons (Ervīns Perkons) oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, latviyalı mütəxəssis belə danışıb:
"Futbolçulara təşəkkürümü bildirirəm. Birinci hissədə futbolçularımız möhtəşəm performan sırgilədilər, çox enerji sərf etdilər. Hesabı açandan sonra da yaxşı mübarizə apardıq. İkinci hissədə enerjimiz qalmamışdı. Düşünürəm ki, komandamız 3 xal qazanmağa layiq idi.
Bu gün çox pressinq etdik. Təzyiqi artırmağa, itirilən topları qazanmağa üstünlük verdik. Eyni zamanda düzülüşü də müəyyən qədər dəyişməyi uyğun saydıq.
Baş məşqçi olmaq ehtimalım? Hələ çox da uzağı düşünmürəm. Mən bu həftə baş məşqçinin funksiyasını yerinə yetirirəm. Mənə rəhbərlikdən bu barədə başqa nəsə deyilməyib".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər