Misli Premyer Liqasının 8-ci turunda "İmişli"yə Yevlaxda 0:1 hesabı ilə uduzan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev (Kurban Berdyev) oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb:
"İmişli" layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik. Məhz belə qol buraxdıq. Az sayda qol vəziyyətlərimizdən də istifadə edə bilmədik.
Həmişə standart vəzİyyətlər üzərində işləyirik. Təəssüf ki, bu gün alınmadı".
Nihat