Misli Premyer Liqasının 8-ci turunda Gəncədə "Zirə" ilə qollu bərabərliyə razılaşan "Kəpəz"in baş məşqçisi Azər Məmmədov oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Əlbəttə, bu gün qazandığımız nəticəyə görə azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bir məşqçi kimi onların möhtəşəm dəstəyini hiss edirəm. Hesabda öndə ola-ola beşli müdafiəyə keçdik. Əks-hücumlarda uğur qazanmağa çalışdıq.
İtkilərimiz var idi. Komanda əlindən gələni etməyə çalışdı. Bu gün çox füclü, topla yaxşı rəftar edən rəqibə qarşı oynadıq. Nəticə pis deyil. Xallarımızın üstünə 1 xal da gəldi.
Məqsədimiz nədir? Ağlamaq fikrim yoxdur, nə varsa, onu deyirəm. Əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Amma orta yerlərdə qala bilsək, lap yaxşı. Müəyyən bir büdcəmiz var. Legioner üçün bir yerimiz qalıb. Qışda heyətimizə hücumçu qatmaq istəyirəm.
Verdaşka (Verdaska) niyə oynamır? O, artıq fərdi məşqlərə başlayıb. "Şəfa" ilə oyuna qədər hazır olacağı gözlənilir".
Nihat