“Mançester Yunayted”də (Manchester United) futbolçuların agentləri klubun idman direktoru Ceyson Uilkoksun (Jason Wilcox) səlahiyyətsizliyindən narazıdırlar.
Fanat.Az xəbər verir ki, “MailSport” nəşrinin yaydığı məlumata görə, agentlər klubda son sözü Ser Cim Retkliff (Sir Jim Ratcliffe) və Qleyzerlər (Glazers) ailəsinin dediyini iddia edirlər.
Agentlərdən biri bildirib ki, Ceyson Uilkoks çox çətin vəziyyətdədir və rəhbərliyin müdaxilələri səbəbindən klubda tam bir xaotik durum yaranıb.
Digər bir agent isə Ceyson Uilkoksla razılaşdırdıqları müqavilənin Ser Cim Retkliff tərəfindən pozulduğunu qeyd edib.