"Uduzsaydıq da, üzülməyəcəkdim" - Rəşad Sadıqov

"Uduzsaydıq da, üzülməyəcəkdim" - Rəşad Sadıqov

Misli Premyer Liqasının 8-ci turunda Gəncədə "Kəpəz" ilə qollu bərabərliyə razılaşan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:
"Maraqlı oyun alındı. Hər iki komanda 1 xal qazandı. İlk hissədə meydanda taktiki savaş gedirdi. O qədər də baxımlı oyun izləmədik. İkinci yarıda isə temp qalxdı, qarşılaşma daha maraqlı şəkil aldı.
Futbolçularıma ikinci hissədə göstərdikləri oyuna görə təşəkkür edirəm. Rəqib qapıçının seyvlərini qırılma nöqtəsi saymaq olar.
Ciddi itkilərimiz var. Zədədən qayıdan bəzi futbolçularımız da tam gücü ilə oynaya bilmirdi. Eren və İssanı (Issa) misal göstərmək olar. Olduqca zövqlü idi burada oynamaq. Uduzsaydıq da, üzülməyəcəkdim. Azarkeşlər möhtəşəm idilər".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər