MPL: "Turan Tovuz" uduzdu, Gəncədə bərabərlik

MPL: "Turan Tovuz" uduzdu, Gəncədə bərabərlik
Misli Premyer Liqasında 8-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son günündə 2 oyun keçirilib.
Əvvəlcə "İmişli" ilə "Turan Tovuz" üz-üzə gəlib. Yevlaxda reallaşan qarşılaşma "pələnglər"in minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son oyunu Gəncədə baş tutub. "Kəpəz" mükafatlara iddialı "Zirə" ilə qollu bərabərliyə razılaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı 3:2, "Sumqayıt" "Araz-Naxçıvan"ı 2:1, "Sabah" "Qəbələ"ni 4:0 hesabı ilə məğlub edib, "Qarabağ" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib (3:3).
Misli Premyer Liqası
8-ci tur
18 oktyabr
“İmişli” – “Turan Tovuz” 1:0
Qol: Dioqo Rollo (Diogo Rôlo, Diogo Rolo), 25.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu.
“İmişli”: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 13. Rafael Vieqaş (Rafael Viegaş, Rafael Viegas), 21. Ronaldo de Souza, 6. Yau Mozes (Yaw Moses), 23. Dioqo Rollo (Diogo Rôlo, Diogo Rolo), 80. Deko (Deco).
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 70. Mehdi Tahirov 3. Tuncay Yusifli 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 9. Dioqo Almeyda (Diogo Almeida) 8. Xuan Hernandes (Juan Hernández, Juan Hernandez) 42. Sebai Senin (Sebaï Séni, Senin Sebai).
Məşqçi: Ervins Perkons (Ervīns Pērkons).
"Turan Tovuz": 1. Oleq Baklov (Oleg Baklov), 5. Roderik Miller (Roderick Miller), 21. Stiv Beusnar (Steve Beusnard), 3. Enrike Silva (Henrique Silva), 23. Alexandro Serrano (Alejandro Serrano), 77. Vadji İbrahima (Ibrahima Wadji), 15. Emmanuel Hakman (k), 7. Xorxe Silva (Jorge Silva), 33. Filip Damyanoviç (Filip Damjanović, Filip Damjanovic), 8. David Tavareş (David Tavares), 11. Dioqo Balau (Diogo Balau).
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin (Aleksei Kenyaykin) 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 90. Jo Batista 19. Roberto Olabe 28. Aleksa Yankoviç (Aleksa Janković, Aleksa Jankovic).
Baş məşqçi: Kurban Berdiyev (Kurban Berdyev).
“Kəpəz” – “Zirə” 1:1
Qollar: Benito, 57 - Davit Volkov, 89.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu.
Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 7. Namik Ələskərov, 8. Şakir Seyidov, 9. Kennet Kalunqa, 66. David Domqjoni, 11. Viktor Stina, 33. Benito, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 6. Vadim Abdullayev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov.
Baş məşqçi: Azər Məmmədov.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 5. Ange Mutsinzi, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mişahşah.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 41. Anar Nəzirov, 2. Amin Seydiyev, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 23. Dameyn Smit, 29. Kris Diqbeu.
Baş məşqçi: Rəşad Sadıqov.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər