“Bir futbolçumuzu itirdik” - Okan Buruk

“Bir futbolçumuzu itirdik” - Okan Buruk
“Qalatasaray”ın (Galatasaray) baş məşqçisi Okan Buruk Türkiyə Super Liqasının 8-ci turunda “Gənclərbirliyi”ni (Gençlerbirliği, Genclerbirligi) 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, mütəxəssis qarşılaşmanın keçirildiyi stadionun ot örtüyünü tənqid edib.
Okan Buruk meydanın futbolçuların sağlamlığı üçün təhlükə yaratdığını bildirib:
“Ot örtüyü zədələnmə riski baxımından çox təhlükəli idi. Nəticədə buna görə futbolçumuz zədələndi. Belə meydanlarda oyun keçirilməsinin düzgün olub-olmaması müzakirə edilməlidir. Türkiyə Futbol Federasiyası bu stadionları yoxlamalıdır. Çünki belə stadionlar təkcə “Qalatasaray” deyil, “Gənclərbirliyi”nin də futbolçularının sağlamlığını təhlükəyə atır. Bu gün bir futbolçumuzu itirdik, üç gün sonra Avropada oyunumuz var”.
Baş məşqçi qələbə qazandıqları üçün sevindiklərini, lakin komandanın oyun baxımından daha yaxşı çıxış etməli olduğunu vurğulayıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər