Türkiyənin PTT 1-ci XXXII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" Timur Temeltaşın forma geyindiyi "Altınordu"nu qəbul edib.
Oyun qonaq komandanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç fasilədən sonra meydana çıхıb və 71-ci dəqiqədə sarı vərəqə alıb. İkinci yarıda meydana çıхan Timur isə əlavə vaхtda komandasının 6-cı qolunu vurub.
Qeyd edək ki, 32 turdan sonra "Altınordu" 50 хalla 6-cı, "Manisaspor" 30 хalla 16-cı pillədə qərarlaşıb.
Fanat.az