Milli komandamızın sabiq üzvü Branimir Subaşiç klubsuz qalıb. Fanat.az хəbər verir ki, serbiyalı futbolçu "Manisaspor"dan ayrılıb.
Türkiyə mətbuatının məlumatına görə, "Manisaspor"un böyük ümidlərlə transfer etdiyi 32 yaşlı forvard etimadı doğrultmayıb. Maaşı da yüksək olan Subaşiçlə yollar ayrılıb. Onunla yanaşı, Nikola Mikiç və Nikolay Dimitrov da bundan sonra Manisa klubunun formasını geyinməyəcək.
Qeyd edək ki, Subaşiç "Manisaspor"da 38 oyun keçirib və 5 qol vurub.
Fanat.az